Dünya

Çavuşoğlu: "Türkiyənin bütün dövlət strukturları FETÖ tərəfdarlarından təmizlənəcək"

21 May 2019 10:49
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin dövlət strukturları FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə əlaqəsi olan bütün şəxslərdən təmizlənməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Nazir qeyd edib ki, dövlət strukturlarında FETÖ-nun gizli tərəfdarlarının sayı artıq kəskin azalıb, lakin bu, o demək deyil ki, onlar tamamilə yox olub.

Qeyd edək ki, FETÖ ilə mübarizə çərçivəsində ötən gün Xarici İşlər Nazirliyinin (XİN) 249 əməkdaşı saxlanılıb.

Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından isə 1076 hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.