Dünya

Polşada bu mahnını oxumaq qadağan edildi - VİDEO

21 May 2019 09:55
0 Şərh     Baxış: 1 493

Poşada İkinci Dünya müharibəsi zamanı yazılan "Qaranlıq gecə" ("Темная ночь") mahnısını oxumaq qadağan edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qadağa Qdanskda yerləşən İkinci Dünya Müharibəsi muzeyinin direktoru Karol Navrotski tərəfindən qoyulub.

Bildirilir ki, Navrotski sözügedən mahnını ifa edən musiqiçi Petr Kosevskinin çıxışını yarımçıq kəsib. Muzey direktoru bu addımını mahnının bolşeviklərlə bağlı olduğu ilə izah edib.

Qeyd edək ki, 1943-cü ildə "İki döyüşçü" filmi üçün yazılan "Qaranlıq gecə" mahnısının sözləri Vladimir Aqatova, musiqisi isə Nikita Boqosklovskiyə aiddir. Mahnı ayrı-ayrı illərdə Müslüm Maqomayev, İosif Kobzon, Sofiya Rotaru, Lüdmila Qurçenko, Dima Bilan və s. müğənnilər tərəfindən ifa edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.