Dünya

Meksika ştatlarında atışmalar: 10 nəfər ölüb

21 May 2019 09:05
0 Şərh     Baxış: 256

Meksikanın Oahaka və Tamaulipas ştatlarında atışma nəticəsində 10 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Oahakada naməlum şəxslər yolun kənarında görüşmək üçün toplaşan bir qrup şəxsə atəş açıb. Atəş nəticəsində 4 qadın və 2 kişi öldürülüb. Hücumun səbəbi məlum deyil, cinayətkarlar azadlıqdadır.

Eyni zamanda, Tamaulipas ştatında hərbçilər silahlıları avtomobildə izləyərkən onlarla nəticədə qarşıdurmaya giriblər. Hərbçilərdən biri yaralansa da, cinayətkar qruplaşmanın 4 üzvü məhv edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.