Dünya

Ermənilər özlərinə necə tarix uydurub? - Fransız tarixçidən şok

20 May 2019 20:44
3 Şərh     Baxış: 5 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni tarixçilərinin illər boyu çalışdıqları Qafqaz və Anadolu ərazilərində türklərin varlığını danmaq, ermənilərə qədim bir tarix yazmaq idi.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, tarix boyu düşmənimizin arxasında xristianlıq adından sui-istifadə edən bəzi keşişlər dayanıb:

"1916-cı ildə Venesiya şəhərində dünya ermənilərinin toplantısı keçirilir. Təşkilatçı Fransada anadan olan, Vatikan tərəfindən Venesiya şəhərində baş keşiş təyin edilən Arşak Çobanyan idi.

Toplantının əsas məqsədi "Türksüz Qafqaz" ideyası altında erməni xalqı üçün "qədim Qafqaz evi" tikmək idi. Yəni erməni tarixi yazılması istiqamətində güc ortaya qoyaraq Qafqaz və Anadolu ərazilərində türklərin varlığını danmaq, ermənilərə qədim bir tarix yazmaq idi. Məqsəd Kilikiya kilsəsində tərtib edilən xəritədə Kiçik Asiyada yerləşdirilmiş "Hayastan" ölkəsini "Armeniya" adı ilə Azərbaycan türklərinin qədim Qafqaz coğrafiyasında olan torpağına köçürmək idi. Nəticə öz effektini qısa zamanda verdi, Fransa siyasi dairələrinin dəstəyi ilə "erməni tarixi" adlı əsərlər dünyada yayılmağa başladı və 1918-ci ildə Azərbaycan ərazilərində ilk olaraq Ermənistan Respublikası, iki il sonra isə 9 noyabr 1920-ci ildə rusların dəstəyi ilə "Erməni Sovet Sosialist Respublikası" yaradıldı. İrəvan və Zəngəzur torpaqlarının hesabına".

Tarixçi alim ermənilərin saxta tarix yazması haqqında faktlardan danışıb:

"Arşak Çobanyan Vatikanda olan əlaqələrdən istifadə edərək, "erməni tarixi" adı ilə və guya qədim erməni keşiş-tarixçisi M.Xorenatsinin adından olan "əlyazmaları" orda arxivlərdə saxlamağa nail olur. O, din xadimi toxunulmazlığından yararlanaraq bütün əsas ölkələrin arxivlərinə yol açır və həmin arxivləri qısa zaman ərzində yazılan saxta tarixi kitabları və sənədlərlə doldurur. A.Çobanyanın erməni tarixi yazdırmaq üçün ilk yaxınlaşdığı fransız tarixçisi De Morqan olub. Həmin fransız tarixçi sonralar "erməni keşişləri başqa xalqlara məxsus olan əfsanələr hesabına tarixən bir qarış coğrafi ərazidə müstəqil dövlətləri olmamış babalarına əfsanəvi "dövlət" yaratmağa çalışırlar", - deyə qeydlər yazıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.