Dünya

Zərif: "Makedoniyalı İsgəndər, Çingiz xan kimi Tramp da İranı məhv edə bilməyəcək"

20 May 2019 19:54
5 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Makedoniyalı İsgəndər, Çingiz xan və başqalarının İranı məhv edə bilmədikləri kimi, ABŞ prezidenti Donald Tramp da buna nail ola bilməyəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində yazıb.

M.C.Zərif əlavə edib ki, iqtisadi terror "İranın sonuna" səbəb olmayacaq:

"Heç vaxt bir iranlını hədələməyin. Hörmətlə yanaşın, bu metod effektivdir".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində bildirmişdi ki, İran müharibə istəyirsə, bu rəsmən onların sonu olacaq:

"Heç vaxt ABŞ-ı hədələməyin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.