Dünya

İŞİD 14 ölkədə terror aktları planlaşdırıb

20 May 2019 20:09
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyə kəşfiyyat orqanları İŞİD terror təşkilatı mənsublarının yazışmalarını ələ keçirib.

Qeyd olunur ki, yazışmalarda 14 ölkədə terror aktlarının törədilməsi ilə bağlı planlar yer alıb.

Daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlarda Türkiyə ərazisində İŞİD-in fəallığının müşahidə olunduğunu demişdi:

"Məhz bununla əlaqədar Türkiyədə təhlükəsizlik tədbirləri əsaslı şəkildə gücləndirilib. Türkiyə kəşfiyyatı terrorçuların və onlardan gələn təhdidlərin aradan qaldırılması üçün fəal işləyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.