Dünya

İndoneziyada Fransa vətəndaşı ölüm cəzasına məhkum olunub

20 May 2019 22:41
0 Şərh     Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Matarama məhkəməsi 35 yaşlı Fransa vətəndaşı Feliks Dorfeni narkotik maddə qaçaqmalçılığına görə güllələnmə üsulu ilə ölüm cəzasına məhkum edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hakim İsnuril Sarifin sözlərinə görə, hökmün sərtliyi "ittiham edilən şəxsin ölkə gənclərinə vura biləcəyi mümkün zərərlə" izah olunur.

Ölkəyə 3 kiloqram narkotik vasitə keçirməyə çalışan Feliks Dorfen 2018-ci ilin sentyabr ayında Lombok adasının hava limanında saxlanılıb. 2019-cu ilin yanvarında istintaq təcridxanasından qaçan fransız iki həftə sonra yenidən həbs olunub.

Cakarta ölüm hökmünə qoyulan moratoriumu 2013-cü ildə ləğv edib. İndoneziya narkotik vasitələrin qanunsuz ticarəti ilə bağlı cinayətlərə görə edam cəzası tətbiq olunan dünyanın 33 dövlətindən biridir. Moratorium ləğv olunan vaxtdan bəri ölkədə əksəriyyəti əcnəbi olan 18 nəfər edam edilib. 2018-ci ildə İndoneziyanın 260 milyon nəfərlik əhalisi arasında narkomanların sayı 1,2 milyon nəfər təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.