Dünya

Parisdə yollar bağlandı - Taksi və təcili yardım sürücüləri tətil edir

20 May 2019 13:24
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın paytaxtı Parisdə taksi, təcili tibbi yardım sürücüləri, eləcə də sürücülük məktəblərinin əməkdaşları etiraz aksiyası keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 100-ə yaxın sürücü Paris ətrafından mərkəzə aparan yolları bağlayıb.

Aksiya ilə ilə əlaqədar gün ərzində Parisin hava limanlarına gedən yollarda tıxacların olacağı xəbərdarlığı verilib.

Sürücülər ictimai nəqliyyat sisteminin maliyyələşdirilməsinin azaldılmasına etiraz etdiklərini bildirib.

Etiraz aksiyası "ilbiz əməliyyatı" adını alıb. Aksiyanın məqsədi şose yollarında hərəhət istiqamətəini bağlamaq və minimal sürətlə hərəkət etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.