Dünya

ABŞ Kanada və Meksikadan polad və alüminiumun tədarükü ilə bağlı rüsumları ləğv edib

20 May 2019 08:48
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Kanada və Meksikadan polad və alüminiumun tədarükü ilə bağlı rüsumları ləğv edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp iki sərəncam imzalayıb.

D.Trampın sərəncamında deyilir: "Mən təyin etdim ki, ... Kanada və Meksikadan alüminiumun idxalı artıq milli təhlükəsizliyə [ABŞ-ın] zərər verməyəcək. Bununla əlaqədar mən Kanada və Meksikanı idxal rüsumları tətbiq edilən ölkələr siyahısından çıxartmaq qərarına gəldim".

Bu ölkələrdən poladın idxal edilməsinə tətbiq edilən rüsumun da ləğv edilməsinə dair anoloji sənəd dərc edilib.

Qeyd edək ki, ABŞ 2018-ci ilin mart ayında bir sıra ölkəyə qarşı polad və alüminiumun tədarükü ilə əlaqədar rüsumlar tətbiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.