Dünya

Bağdadda ABŞ səfirliyinin yaxınlığında partlayış olub

19 May 2019 23:30
0 Şərh     Baxış: 733

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yaxınlığında reaktiv mərmilər düşüb.

Trend-in "Sky News Arabia"ya istinadən verdiyi məlumata görə, İraq ordusunun birləşmiş komandanlığı bildirib ki, reaktiv mərmilərin "yaşıl zona"ya düşməsi nəticəsində xəsarət alan olmayıb: "Katyuşa" mərmisi Bağdadda "yaşıl zona"nın mərkəzinə düşüb, xəsarət alan yoxdur".

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Bağdadda "yaşıl zona" adlanan ərazində hökümət binaları və xarici ölkələrin safirlikləri yerləşir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.