Dünya

ABŞ İraqdan üzr istədi

19 May 2019 18:51
0 Şərh     Baxış: 1 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hökuməti İraqın şimalındakı Kərkük şəhərində aprelin 24-də hərbi təyyarənin səhvən etdiyi hava hücumuna görə Bağdad hökumətindən üzr istəyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ-ın İraq üzrə müşaviri Coey Hud Bağdadda Federal Polis Komandanlığını ziyarət edib. O, hava hücumu zamanı bir polisin ölməsi və ikisinin isə yaralanması ilə nəticələnən hücuma görə üzrxahlığını bildirib.

Qeyd edək ki, İŞİD-lə mübarizə məqsədilə ABŞ-ın rəhbərliyi ilə yaradılan koalisiya tərkibində İraqda təxminən 5 min ABŞ əsgəri xidmət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.