Dünya

Azərbaycanlı dənizçinin olduğu gəmi Misirdə girov saxlanılır

19 May 2019 17:52
0 Şərh     Baxış: 1 034

Misir xarici vətəndaşların olduğu "Sea Shark" yük gəmisini azad etməyə tələsmir. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, ötən ilin dekabr ayında Misir Hərbi-Dəniz Donanması tərəfindən saxlanılan tankerin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşıdır.

Ümumiyyətlə, gəmi ekipajı 31 nəfərdən ibarətdir. Onlardan 17 nəfər ukraynalıdır. Bu amil Ukrayna hökumətini Misirdəki səfirliyi vasitəsi ilə ölkənin Xarici İşlər Nazirliyinə nota vermək məcburiyyətində qoyub. 

Gəminin ekipaj üzvləri faktiki girov götürülüb. Misirin müvafiq strukturları gəmiyə 11 milyon barel neftin qanunsuz yükləndiyini iddia edir. Misirin ərazi sularına qanunsuz daxil olduğuna görə tankerin sahibinə qarşı 56 milyon dollarlıq iddia qaldırılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.