Dünya

İranın cənubunda 1,5 ton narkotik aşkarlandı

19 May 2019 12:32
1 Şərh     Baxış: 586

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda 1,55 ton narkotik maddə aşkarlanıb.

Bunu İranın Sistan və Bəluçestan vilayəti hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib.

Milli.Az xəbər verir ki, bu barədə Trend İRNA-ya istinadən məlumat verib.

M.Qənbərinin sözlərinə görə, vilayətin narkotik maddələrlə mübarizə polisinin keçirdiyi əməliyyat nəticəsində 2 nəfər saxlanılıb.

Qaçaqmalçıların pikap avtomobilinə baxış keçirilərkən 1,55 ton tiryək, 2 ədəd ov silahı, 1 ədəd kolt markalı tapança aşkarlanıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ŞAH · 19 May 17:5210

    BƏDBƏXTLƏR BU QƏDƏR NARKOTİK---- MÜSƏLMAN ÖLKƏLƏRİ NARKOTİK HUŞYARLIĞI ALTINDA HAYATINIZ FƏNAYA GEDİR HEYİF.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.