Dünya

Marneulidə mer seçkilərində qarşıdurma yaranıb

19 May 2019 12:23
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Marneulidə keçirilən mer seçkilərində qarşıdurma yaranıb.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, hadisə 5 saylı ictimai məktəbdə yerləşən 85 saylı seçki məntəqəsində baş verib.

Qarşıdurma "Vahid Milli Hərəkat" partiyasının müşahidəçisi və seçki komissiyasının sədri arasında yaşanıb.

Qeyd edək ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq Azərbaycanlı namizədlərə məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.