Dünya

"Tramp nə düşünəcəyini bilmir" - İranın xarici işlər naziri

18 May 2019 22:34
0 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın İran ilə bağlı fikirlərini tənqid edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, İranın xarici işlər naziri ABŞ prezidenti Donald Trampın və "B" adlandırdığı komandanın (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, İsrailin baş naziri, Səudiyyə Ərəbistan və Əbu-Dabinin vəliəhd şahzadələri) ayrı-ayrı şeylər söylədiyini açıqlayıb.

C.Zərif sosial şəbəkədəki hesabında yazıb: "B" komandası bir şey söyləyir, Tramp da ayrı bir şey. Kimin nə düşünəcəyini bilmədiyi tam olaraq ortaya çıxır. Biz min illərdir ki, nə düşünəcəyimizi bilirik. ABŞ ilə bağlı da nə düşündüyümüzü bilirik".

O əlavə edib ki, bəzi yalançı xəbər kanalları İran ilə bağlı yalan xəbərlər yaymaqla ölkəmizə zərbə vurur. İran ilə bağlı hansı xəbərlərin yalan olduğu çaşqınlıq yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.