Dünya

Madrid otellərində qiymətlər Çempionlar Liqasının finalına görə kəskin artıb

19 May 2019 04:30
0 Şərh     Baxış: 1 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madridin "Real" klubunun stadionu iyunun 1-də "Liverpul" və "Tottenhem" arasında Çempionlar Liqasının final matçını qəbul edəcək. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla əlaqədar olaraq İspaniya paytaxtının otellərində qiymətlər təqribən 10 dəfə bahalaşıb.

Belə günlərdə Madrid mehmanxanalarında bir gecə qalmağın qiymətləri 1300 avrodan aşağı olmur. Gözlənildiyinə görə, Madridə 34 min britaniyalı gələcək. Lakin bu, rəsmi rəqəmdir. Əslində, İspaniya paytaxtı xeyli çox futbol fanatı qəbul etməyə hazırlaşır.

Üçulduzlu mehmanxanalarda həmin günlər üçün yerlərin hamısı tutulub.

Madrid sakinləri də azarkeşlər hesabına varlanmaq fürsətini əldən vermirlər. Bir gecə üçün 1000 avrodan ucuz mənzil tapmaq qeyri-mümkündür.

Stadionun yerləşdiyi rayondakı evlər bir gecə üçün 12 min avroya kirayə verilir. İyunun ilk günləri üçün qiymətlər başqa rayonlarda və hətta ətraf qəsəbələrdə də kəskin artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.