Dünya

Ərdoğanın sözçüsündən sensasiyalı Krım açıqlaması: Türkiyə heç vaxt...

18 May 2019 16:18
1 Şərh     Baxış: 1 519

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Krım tatarlarının sürgün olunmasının 75-ci ildönümü ilə bağlı Tvitter hesabında paylaşım edib.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, sözçü yazıb:

"18 may 1944-cü ildə sürgün olunan 400 mindən çox Krım tatarının və həyatını itirən on minlərcə qardaşımızın çəkdiklərini unutmamışıq, unutmayacağıq. Krımın ilhaqını tanımayan Türkiyə daim Krım tatarlarının yanında olmağa davam edəcək".

Xatırladaq edək ki, 13 aprel 1944-cü ildə SSRİ silahlı qüvvələri Faşist Almaniyasının hərbi hissələri qarşısında üstünlük qazanaraq onları Krım yarımadasından çıxardı. 1944-cü ilin 10 may tarixində Lavrenti Beriya Krım tatarlarını Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda və "vətənə xəyanət"də ittiham edərək İosif Stalinə onların sərhədyanı bölgələrdən ittifaqın daxili hissələrinə - Orta Asiyaya sürgün olunması fikrini rəsmən yazılı şəkildə təklif etdi.

Tezliklə 18-22 may tarixlərini əhatə edəcək deportasiya planı tam şəkildə hazırlandı. 18 may sübh tezdən Krım tatarlarının məcburi köçürülməsi başlandı.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anonimka · 19 May 16:5200

    Rusiya həmişə türk kökənli xalqlara ( tatar sözü çar sarayında əsasən türk kökənli xalqları alçaltmaq üçün işlənib) " toy" tutub, istər Krım olsun, istərsə də Kazan tatarlarına, axıska və mexseti türklərinə, Soçi türklərinə və s...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.