Dünya

Moskvadan ABŞ-a: Cavabsız qoymayacağıq!

18 May 2019 15:36
0 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva "Terek" xüsusi təyinatlı dəstəsinə qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyaları cavabsız buraxmayacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

"Şübhəsiz ki, Rusiya vətəndaşlarına qarşı bu qərarı cavabsız qoymayacağıq. ABŞ hakimiyyəti düşünməlidir ki, onların konfrontasiyalı münasibəti heç bir fayda gətirməyəcək. Bu, yalnız dünyada gərginliyin artmasına xidmət edir", - deyə XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Çeçenistanın "Terek" operativ reaksiya qrupu və 5 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.