Dünya

Türkiyədə polislərə hücum: 2 yaralı, 1 ölü

18 May 2019 09:57
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Şanlıurfa vilayətində atışma olub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Şanlıurfanın Halfeti mahalında terrorçular xüsusi təyinatlı polislərə atəş açıblar.

Nəticədə iki polis əməkdaşı yaralanıb, biri isə həlak olub.

Yaralılar Şanlıurfa dövlət xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti barədə məlumat yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.