Dünya

ABŞ “Huawei”-lə bağlı qərarını dəyişə bilər

18 May 2019 08:48
0 Şərh     Baxış: 758

Vaşinqton Çinin "Huawei" telekommunikasiya şirkətinə qarşı bəzi məhdudiyyətlərin qoyulmasını təxirə sala bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Nümayəndə qeyd edib ki, təxirəsalınma məhdudiyyətlər tətbiq olunmağa başladıqdan sonra bağlanmış sazişlərə şamil edilmir. 90 günlük müvəqqəti lisenziyalar "Huawei"-lə işgüzar münasibətdə olan şəxs və ya şirkətlərə, onların avadanlıqları və şəbəkələrinin təhlükəsizliyini təmin etmək üçün verilə bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.