Dünya

İsrail HHQ-də "ÇP": F-15 az qala Boeing-ə dəyəcəkdi

17 May 2019 19:44
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Hərbi Hava Qüvvələrində fövqəladə hal baş verib. Havada yanacaq doldurulması prosesi zamanı F-15 qırıcı təyyarəsi Boeing hava tankeri ilə toqquşma təhlükəsi yaşayıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, hərbi təyyarə tapşırıq yerinə yetirərkən havada məsafə saxlamaq qaydasını pozub və yanacaq tankerinə təhlükəli həddə yaxınlaşıb. TSAXAL-dan (İsrail Silahlı Qüvvələrinin qısa adı-red.) bildiriblər ki, "heç bir mərhələdə iki təyyarə arasında birbaşa fiziki kontakt olmayıb".

Təyyarələrin havada yanacaqdoldurma təlimi dərhal dayandırılıb. HHQ komandanlığı insidenti araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.