Dünya

Vəhşi it özünü ölülüyə vurdu, aslanın əlindən qurtuldu - VİDEO

17 May 2019 16:09
0 Şərh     Baxış: 3 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaftara bənzər it hiyləgərliyi sayəsində dişi aslanın dişləri arasından qurtulub.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, Zimbabvenin Hvanqa Milli Parkında baş vermiş maraqlı hadisəni turistlər lentə alıb. 

Bələdçi ziyarətçiləri antilop leşini yeyən vəhşi itlərin sürüsünün olduğu yerə gətirib. Gözlənilmədən yırtıcılara dişi aslan hücum edib. O, itlərdən birini ələ keçirərək, dişləri arasına alıb.

Vəhşi it hərəkəti tam dayandıraraq, əllərini aşağı sallayıb və özünü ölülüyə vurub. Qəfildən aslanın diqqətini başqa bir it çəkib və şikarını buraxaraq o birinin dalınca qaçıb. Özünü ölülüyə vurmuş it isə fürsətdən istifadə edərək, aradan çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.