Dünya

Azərbaycanlıların Çinin bu şəhərinə girişi qadağan edildi - FOTO

17 May 2019 11:34
1 Şərh     Baxış: 5 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tatarıstan və Dağıstanda dünyaya gələn Rusiya vətəndaşlarının Çinin Fuyuan şəhərinə girişinə qadağa qoyulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Tatar-inform"a  Xabarovsk şəhər sakini bildirib.

İnformasiyanı Çinə səfərlər təşkil edən turizm şirkətləri də təsdiqləyib.

"Çin tərəfi rəsmi sənədləri təqdim etməyib. Lakin praktikada onlar dərhal xəbərdarlıq edərək girişə imkan vermirlər. Düşünürəm ki, onlar dini prinsiplərə görə müsəlman terrorizmindən çox qorxurlar", - deyə Xabarovskda fəaliyyət göstərən "Sahekspo" turagentliyindən bildirilib.

"Laquna tur" şirkəti qadağanın həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda doğulan insanlara da şamil olunduğunu açıqlayıb.

Mənbələrin sözlərinə görə, bu qadağa cari ilin yanvar və ya aprel aylarından tətbiq edilməyə başlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.