Dünya

Meksikada daha bir jurnalist qətlə yetirildi

17 May 2019 09:09
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Playa-del-Karmen şəhərində (Kintana-Roo ştatı) müxbir Fransisko Romero Dias qətlə yetirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, jurnalistin cəsədi şəhərin küçələrindən birində güllə yaraları ilə aşkar edilib.

Qeyd edək ki, Milli İnsan Hüquqları üzrə Komissiyanın məlumatına əsasən, 2000-ci ildən Meksikada 140-dan artıq jurnalist qətlə yetirilib.

Bundan əlavə, 2005-ci ildən kütləvi informasiya vasitələrinin 21 əməkdaşı itkin düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.