Dünya

Nyu-York meri növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək

17 May 2019 07:21
0 Şərh     Baxış: 580

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Nyu-York şəhərinin meri, Demokratlar partiyasının nümayəndəsi Bill de Blazio ABŞ prezidenti postuna namizədliyini irəli sürəcəyini elan edib.

"Mən Bill de Blazio çalışan insanların ön sıraya çəkilməsi üçün prezident postuna namizədliyimi irəli sürəcəyəm", - deyə mer özünün seçki kampaniyasının saytında dərc olunan video çarxda bildirib.

İndiyədək 20-yə yaxın demokrat ABŞ-da prezident postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Seçkiqabağı kampaniyanın gedişində partiya fəallarının ilk iclasları 2020-ci il fevral ayının əvvəlində Ayova ştatında keçiriləcək. Demokratlar partiyasının prezident postuna namizədinin irəli sürüləcəyi qurultay 2020-ci il iyulun 13-16-da Viskonsin ştatının Miluoki şəhərində baş tutacaq.

Respublikaçılar partiyasından isə prezident postuna hələlik iki nəfər - ölkənin hazırkı Prezidenti Donald Tramp və Massaçusets ştatının sabiq qubernatoru Uilyam Ueld iddia edir. Respublikaçılar öz qurultaylarını avqustun 24-27-də Şimali Karolina ştatının Şarlott şəhərində keçirəcək.

ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-nə planlaşdırılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.