Dünya

Nazarbayev “birinci prezident” statusundan imtina etdi

16 May 2019 17:41
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nursultan Nazarbayev Qazaxıstanın "birinci prezident"i statusunun verilməsi ilə əlaqədar "narahatlıq yaratmaq" istəmir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Nazarbayev XII Astana İqtisadi Forumunda etdiyi çıxışda bildirib.

"Mən narahatlığa səbəb oluram. "Birinci prezident", sonra prezident deməli olursunuz. Ancaq Qazaxıstanda belə ikitərəflilik olmayacaq. Bir prezident var, başçı odur", - "Sputnik-Qazaxıstan" N.Nazarbayevdən sitat gətirib.

Nursultan Nazarbayevin sözlərinə görə, o, qarşıdakı seçkilərdə öz namizədliyini irəli sürə bilərdi, lakin yeni nəsil siyasətçilərə ehtiyac olduğunu düşündüyündən, bu fikrindən daşınıb.

"Növbəti rəhbərliyin tapşırığı - bütün proqramları davam etdirməkdir. "Qazaxıstan-2050" proqramına görə, biz ən inkişaf etmiş ölkələrin otuzluğuna düşməliyik, bu istiqamətdə işlər davam edir", - deyə birinci prezident bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.