Dünya

İran sanksiyalara rəğmən, Çinə neft göndərdi

16 May 2019 16:34
0 Şərh     Baxış: 1 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Çinə neft tankeri göndərib.

Tanker Çinin Çjouşan şəhər yaxınlığında yerləşən rezervuarlara İran neftini boşaldıb.

Xam neft İranın neft ixracına qarşı sanksiyalardan yan keçərək Çinə çatdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Marshal Z" tankerinin göyərtəsində 130 min tona yaxın yanacağın daşındığı bildirilir.  

Mayın 6-da Tehran ABŞ sanksiyalarından yan keçmək üçün öz neftini "boz bazar"a (malların alqı-satqıya icazəsi olmayan dilerlər arasında aşağı salınmış qiymətlərə satılması - red.) çıxaracağını elan etmişdi.

Qeyd edək ki, ABŞ və İran arasında münasibətlər 2018-ci ilin may ayında, Trampın Vaşinqtonun nüvə sazişindən birtərəfli şəkildə çıxmasını elan etməsindən sonra gərginləşib. İrana qarşı məhdudlaşdırıcı ölçülərdən ibarət son paket 2018-ci ilin noyabr ayında qəbul olunub.

Sanskiyalar neft ixracından başqa, sənaye, ticarət və İran mərkəzi bankının dollarla apardığı maliyyə əməliyyatlarına şamil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.