Dünya

Ukraynada 32 yaşlı azərbaycanlını zavodda güllələdilər

16 May 2019 12:48
1 Şərh     Baxış: 2 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Jitomirsk vilayətində naməlum şəxslər Azərbaycan vətəndaşını güllələyiblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "UNN" portalına hüquq-mühafizə orqanlarından bildirilib.

İnsident "Kamennıy Brod" kəndindəki daş emalı zavodlarının birində qeydə alınıb. İki naməlum şəxs odlu silahla bu müəssisənin işçisinə atəş açıblar. 1987-ci il təvəllüdlü azərbaycanlı hadisə yerində dünyasını dəyişib.

Cinayətkarlar motosikletə minərək hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.