Dünya

ABŞ-da qadın qoca kişini avtobusdan yıxaraq öldürdü - VİDEO

16 May 2019 10:26
7 Şərh     Baxış: 2 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Las-Veqas şəhərində ahıl kişini avtobusdan yıxan qadına qarşı adamöldürmə maddəsilə cinayət işi açılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 25 yaşlı Kadeşa Bişopun 74 yaşlı qocaya qarşı zor tətbiq etməsi nəticəsində sonuncu hadisə yerində həyatını itirib.

Hadisənin müşahidə kamerasına düşmüş görüntüsü "Liveleak" portalında yayılıb.

Şahidlərin dediyinə görə, cinayətkar avtobusda özünü aqressiv aparıb və sərnişinləri təhqir edib. Qocanın ona reaksiya verməsindən sonra özündən çıxaraq onu çıxışdan aşağıya doğru itələyib. Başı üstdə səkiyə dəyən qoca dərhal dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.