Dünya

Səfir daşınmayan zibillərə görə "işə düşdü"

16 May 2019 10:08
0 Şərh     Baxış: 564

Filippin Kanadadakı səfir və konsullarını geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb Kanadanı 2013-cü ildə qanunsuz olaraq Filippin ərazisinə atdığı zibilləri geri daşımaqdan imtina etməsi olub.

Filippin Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Kanadadakı səfir və konsulların geri çağırılması barədə artıq məktub göndərilib və diplomatlar 1 gün sonra vətəndə olacaqlar.

XİN bəyan edib ki, Kanadanın zibilləri yüklənmiş gəmi Filippin sahillərindən uzaqlaşmayana qədər bu, belə davam edəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.