Dünya

Çin “Wikipedia”nı blokladı

16 May 2019 09:18
1 Şərh     Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin hakimiyyəti "Wikipedia" onlayn ensiklopediyaya bütün dillərdə girişə məhdudiyyət qoyub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Vikimedia Fondunun nümayəndələri məsələyə münasibət bildirərkən qeyd ediblər ki, onlar Çin hakimiyyətindən sayta qadağa qoyulması barədə heç bir bildiriş almayıblar.

"Vikimedia Fondu keçən ayın sonunda müəyyən edib ki, "Vikipediya" Çində açılmır. Daxili trafikin təhlili aparılıb və "Wikipedia"nın bütün dillərdə bloklandığı təsdiqini tapıb" - qurumun məlumatında qeyd edilib.

Buna qədər "Wikipedia" ölkədə yalnız çin dilində qadağan edilmişdi. Onlayn ensiklopediyadan əlavə, ölkədə "Google", "Facebook" və "Linkedin" kimi sosial şəbəkələrə də giriş mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.