Dünya

Bəşər Əsəd erməni din xadimi və deputatları ilə görüşdü

15 May 2019 18:01
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya Prezidenti Bəşər Əsəd bu ölkədə yaşayan erməni icmasının katolikosu I Aramla görüşüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, görüşdə Əsəd Suriyanı tərk edən erməniləri öz vətənlərinə geri qayıtmağa çağırıb.

Görüş Bəşər Əsədin evində baş tutub. Tədbirdə Livan və Suriya ermənilərinin təmsilçiləri, Livanın erməni əsilli turizm naziri Avetis Kitanyan, Suriya parlamentinin deputatları Nora Arsiyan və Jirayr Risyan iştirak ediblər.

Rəsmi məlumata görə, 2011-ci ildə Suriyada müharibənin başlamasından bu günədək 70 min suriyalı erməni ölkəni tərk edib. Bunlardan təxminən 25 min nəfər Ermənistana gəlib.

Ermənistana köç edən ermənilərin müəyyən qisminin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirildiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.