Dünya

Bu il qlobal neft tələbatı gündəlik 100,4 milyon barrelə çatacaq

15 May 2019 21:38
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ildə qlobal neft tələbatının sutkada 100,4 milyon barrelə yüksələcəyi nəzərdə tutulur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2019-ci ildə qlobal neft tələbatı 1 milyon 300 min barrel artaraq sutkalıq orta hesabla 100 milyon 400 min barrel təşkil edəcək.

EIA-a görə, bu il neftə olan gündəlik tələbatda 35 milyon 500 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 200 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.