Dünya

Cənubi Kuril adaları sahillərində 5,6 bal gücündə zəlzələ olub

15 May 2019 09:06
0 Şərh     Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Cənubi Kuril adaları sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri İturup adasından 140 kilometr cənubda, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Şıkotan adasında yerləşən yaşayış məntəqəsinin sakinləri zəlzələni 3 bala qədər hiss edib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.