Dünya

Türkiyədə parlamentin binasına daxil olmaq istəyən 2 terrorçu saxlanılıb

15 May 2019 08:12
0 Şərh     Baxış: 1 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə parlamentin binasına daxil olmaq istəyən 2 terrorçu saxlanılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bir qadın və bir kişi parlamentin binasına gələrək Cümhuriyyət Xalq Partiyasının deputatı Mahmut Tanalın onları qəbul edəcəyini bildiriblər.

Təhlükəzislik qüvvələri sözügedən şəxslərin üzərini yoxlayarkən onlar üzərlərində olan karandaşın ucuna bərkidilmiş ülgüclə bir nəfəri girov götürməyə çalışıblar, lakin təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdiriliblər.

Saxlanılan şəxslərin "İnqilabçı Xalq Azadlıq Partiyası - Cəbhə" (DHKP-C) terror təşkilatı ilə əlaqəlirinin olduğu qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.