Dünya

Yaponlar dünyanın ən sürətli sərnişin qatarını təqdim etdilər - VİDEO

14 May 2019 20:44
0 Şərh     Baxış: 2 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "JR East" dəmir yolu şirkəti yüksəksürətli "Alfa-X" qatarını təqdim edib.

Milli.Az "Ölkə.az"a istinadən xəbər verir ki, sözügedən qatar saatda 400 km sürətlə hərəkət edə bilir və artıq sınaqlara start verilib.

Bildirilir ki, qatar sərnişinləri 360 km/saat sürətlə hərəkət edərək daşıyacaq. Bu isə sərnişin qatarı tarixində rekord sayılacaq. Hələlik sınaq mərhələsi keçirilir və sərnişinsiz qatar üzərində işlər gedir.

Şirkət rəhbərliyi bildirib ki, "Alfa-X" bu yaxınlarda istifadəyə veriləcək. 10 vaqondan ibarət boş qatar hələlik gecə saatlarında Senday və Aomori şəhərləri arasında hərəkət edəcək. Sonra isə marşrut Sapporo şəhərinə qədər artırılacaq.

Yüksək texnologiyalı amortizatorlar sayəsində qatar çox yumşaq olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.