Dünya

ABŞ-dan AB-yə xəbərdarlıq: Ordudan imtina et!

13 May 2019 20:59
0 Şərh     Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Müdafiə nazirinin köməkçisi Ellen Lord AB-nin baş diplomatı Federika Moqeriniyə məktub göndərib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "El Pais" qəzeti yayıb. Məktubun 1 may tarixində Moqeriniyə göndərildiyi bildirilib.

Məlumata görə, məktubunda Lord Brüsselib AB-nin müdafiə siyasətində atdığı təktərəfli addımları tənqid edib. Lord AB-nin hazırkı siyasətinin 30 ildir ABŞ-la davam edən transatlantik müdafiə sənayesi inteqrasiyasını və NATO vasitəsilə iş birliyini təhlükəyə atdığını vurğulayıb.

Vaşinqton nümayəndəsi Avropa Birliyinin hərbi imkanlarını artırma cəhdlərinin NATO ilə AB arasında gərəksiz rəqabət yaradacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.