Dünya

İtaliyada əllidən çox tibb müəssisəsi bağlanıb

13 May 2019 23:42
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada qanun pozuntularına yol verdiyinə görə 52 tibb müəssisəsi (kosmetik klinika) bağlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, klinikalardakı yoxlamalar bu ölkənin Səhiyyə Nazirliyinin tapşırığına əsasən İtaliyanın Milli Elmlər Akademiyasının səhiyyə və gigiyena polisləri tərəfindən aparılıb.

Ümumilikdə 607 mərkəzdən 172-də qanun pozuntusu aşkar edilib.

Polis, həmçinin əksəriyyəti döymə sənayesində istifadə edilən on minlərlə qeyri-qanuni kosmetik məhsul müsadirə edib. Ələ keçirilmiş məhsullar təxminən 150 min avro dəyərində olub.

Polisin məlumatına görə, bundan başqa, təxminən 40 min qanunsuz bağlama müsadirə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.