Dünya

Şri-Lanka teraktının nəticəsi: ABŞ yeni baza açır

13 May 2019 20:04
0 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şri-Lanka Silahlı Qüvvələrinin rəhbəri general-leytenant Maxeş Senanayake ölkədə ABŞ bazasının yerləşdirilməsi və dövlət büdcəsi hesabına təmin edilməsini nəzərdə tutan müdafiə razılaşması imzalanmasının əleyhinə çıxıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Senanayake bu fikrini jurnalistlərə açıqlamasında deyib.

"Biz necə müqavilə imzalaya bilərik? Biz burada deyilənlərin heç biriylə razılaşa bilmərik. Bu, öz əmlakını başqa adamın adına keçirib, intihar etməyə bənzəyir", - deyə o bildirib.

General bir müddət əvvəl ölkədə baş verən silsilə teraktlardan bir çox regional və dünya güclərinin fayda götürməyə və Şri-Lankadan öz məqsədləri üçün istifadə etməyə çalışdığını deyib.

Qeyd edək ki, bundan öncə Şri-Lanka mətbuatı hökumətin ABŞ-la müdafiə razılaşması imzalamağa hazırlaşdığı haqqında məlumat yayıb. Razılaşma layihəsinə əsasən, Şri-Lankada ölkənin öz hesabına ABŞ hərbi bazası yerləşdirilməli, üstəlik, bu ölkə ABŞ-ı bütün konfliktlərdə birmənalı müdafiə etməlidir. Bu təklifə əsas etirazı ölkə müxalifəti bildirir. Müxalifət belə razılaşmanın ölkənin suverenliyini məhdudlaşdırdığını və onun imzalanacağı halda bu müqavilədən çıxmağın mümkün olmayacağını iddia edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.