Dünya

ABŞ-da yeniyetmənin qulluq etdiyi itlər onu parçalayıb

13 May 2019 23:05
0 Şərh     Baxış: 1 503

Masaçusset ştatının Dayton şəhərində Rayan Heyzel ad-soyadlı 14 yaşlı yeniyetmə özünün qulluq etdiyi itlərin ona hücumu nəticəsində həlak olub. Heyzel bu itlərin sahibinin evinə gedib və oradan geri qayıtmayıb: itlər onu parçalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, polisin məlumatına görə, Heyzelin qonşusu onun cəsədini həyətdə tapıb. Oğlanın bədəninin müxtəlif hissələrində it dişlərinin çoxsaylı izləri olub. Dairə prokuroru Tomas Kuinin sözlərinə görə, oğlanın həlak olduğu ərazi son 15 ildə it təlimçiliyi 49 yaşlı ilə məşğul olan Skott Danmora məxsusdur. Hadisə zamanı Danmor Bostonda olub və ehtimal ki, oğlandan o gəlincə itlərə qulluq etməsini xahiş edib.

Prokuror hadisənin təfsilatı barədə bunu deyib ki, Heyzel Danmorun evinə öz nənəsi ilə bərabər qonşu Rehebort şəhərindən gəlib. Nənə maşında əyləşib nəvəsini gözləyirmiş. Heyzelin işi ən çoxu 45 dəqiqə vaxt tələb edirdi. Lakin bir saat keçib və Rayan qayıtmayıb...

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.