Dünya

Alsunun qızının vəziyyəti yaxşı deyil - Atası hərəkətə keçdi

13 May 2019 18:19
0 Şərh     Baxış: 3 234

Müğənni Alsunun qızı Mikellanın "Səs" şousunda qalmaqallı qələbəsi Rusiya KİV-lərinin ən çox müzakirə edilən mövzularından biri olaraq qalır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saxta birincilik ittihamları Mikellaya psixoloji olaraq təsir edib və tənqidlər onun vəziyyətinin pisləşməsi ilə nəticələnib.

Bu barədə "Star Hit" portalı məlumat yayıb. Bundan narahat olan yeniyetmənin atası, iş adamı Yan Abramov hərəkətə keçib.

O, səsvermə nəticələrini ictimaiyyətə təqdim edəcəyini bildirən Niderlandın "Talpa" şirkətinə müraciət edib. Y. Abramov qeyd edib ki, əgər real səslər yenidən açıqlansa, gündəm yenidən alovlanacaq və qızının vəziyyəti daha da pisləşəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.