Dünya

Rusiyada 2 deputatın diplomu saxta çıxdı

13 May 2019 17:56
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində iki deputatın saxta diploma sahib olduğu aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Pıt-Yaxa şəhər dumasının deputatları Marsel Timqanov və Dmitri Avdeyenko yerli müəssisələrdən birinə vəzifəyə təyin olunarkən saxta diplom təqdim ediblər.

Prokurorluğun apardığı araşdırmalar nəticəsində onlar tutduğu vəzifələrdən azad olunub.

Qeyd olunur ki, yanvar ayında Pıt-Yaxa şəhər dumasının daha bir deputatında saxta diplom aşkar olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.