Dünya

Pakistan və BVF 6 milyard dollarıq kreditin şərtlərini razılaşdırıblar

13 May 2019 08:59
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistan hakimiyyəti və Beynəlxalq Valyuta Fondunun (BFV) nümayəndələri İslmabada veriləcək 6 milyard dollarıq kreditin şərtlərini razılaşdırıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin maliyyə məsələləri üzrə müşaviri Əbdül Hafiz Şeyx bildirib.

H.Şeyx deyib: "Pakistan üç il müddətinə 6 milyard dollar məbləğində maliyyə dəstəyi alacaq".

Qeyd edək ki, BVF-nun nümayəndə heyəti kreditin məbləğinin və şərtlərinin razılaşdırılması üçün aprelin 29-dan Pakistandadır.

Xatırladaq ki, Pakistan hakimiyyəti BVF-dən 6-7 milyard dollar dəyərində kredit istəməyi planlaşdırırdı. Bu halda BVF İslamabaddan büdcə kəsirinin azaldılması və vergi sisteminin genişləndirilməsini tələb edə bilərdi.

Pakistan 1980-ci ildən BVF-yə dəfələrlə maliyyə yardımı üçün müraciət edib. Sonuncu dəfə isə 2013-cü ildə müraciət edilib və BVF Pakistana 6,6 milyard dollarlıq kredit ayırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.