Dünya

İran ABŞ-ı Yaxın Şərqi tərk etməyə çağırıb

13 May 2019 07:55
0 Şərh     Baxış: 815

ABŞ Yaxın Şərqi tərk etməlidir.

Trend-in "İSNA"ya istinadən verdiyi məlumata görə, bunu İran Hərbi-Dəniz Qüvvələrlərinin komandanı kontr-admiral Hüseyn Xanzadi ABŞ-ın "Arlington" təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərmək qərarını şərh edərkən deyib.

H.Xanzadi bildirib: "ABŞ regiondakı varlığı sona çatdı, onlar regionu tərk etməlidirlər. Təyyarədaşıyan gəminin Fars körfəzinə göndərilməsi danışıqları yeni deyil, onlar müharibə ehtimalını artırmağa çalışırlar".

Qeyd edək ki, eskalasiya İran hakimiyyətinin nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının bir sıra şərtlərini yerinə yetirməkdən imtina etmək niyyəti fonunda baş verir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.