İspaniyanın şimal-şərqində 12 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Trend-in "El Periodico" qəzetinə istinadən verdiyi məlumaat görə, qəza nəticəsində azı 25 nəfər xəsarət alıb.
Qəzetin məlumatına əsasən, qəza Kataloniyada San-Sadurni-d'Anoya yaşayış məntəqəsində baş verib.
Xəsarət alanlardan 8-nə hadisə yerində tibbi yardım göstərilib, digərləri isə xəstəxanaya yerləşdirilib.
Hazırda qəzanın səbəbi araşdırılır.
Milli.Az