Dünya

ABŞ bu ərəb ölkələrinə də "Patriot" satacaq

12 May 2019 17:56
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Konqresi Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə ümumilikdə 6 milyard dollarlıq "Patriot" raket sistemi və silah-sursat satışına razılıq verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bəhreynin 2 milyard 478 milyon dollar qarşılığında "Patriot" raket sistemləri ilə bu sistemlərə inteqrasiya olunmuş avadanlıqları alması nəzərdə tutulur. Bu paket içərisində təyyarələri və naviqasiya raketlərini vura bilən 36 ədəd "Patriot MIM-104E" zenit-raket kompleksinin satışının yer aldığı qeyd edilib.

Bəhreynin həmçinin hava qüvvələrində saxladığı F-16-larda istifadə edilə bilmək üçün 750 milyon dollar dəyərində əlavə silah sistemləri alacağı deyilib.

Qeyd edək ki, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri üçün satışı təsdiq olunan silahları ABŞ-ın "Raytheon" və "Lockheed Martin" firmaları istehsal edir. ABŞ rəhbərliyi keçən ay da Səudiyyə Ərəbistanına 2.4 milyard dollarlıq "THAAD" hava müdafiə sistemi raketlərini satmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.