Dünya

Təcili dialoqa başlamaq lazımdır - Politoloq Türkiyədəki vəziyyətdən danışır

12 May 2019 18:45
0 Şərh     Baxış: 1 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə siyasətində yaranmış qarışıq vəziyyətin necə sonlanacağını demək çətindir".

Milli.Az bildirir ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

"Türkiyə prezidenti seçkilərin nəticələri ilə bağlı tələsik qərar verdi. Belə vəziyyətdə prezidentin neytral mövqedən çıxış etməsi doğru olardı. Lakin indi onun atdığı addımlar iqtidar və müxalifət arasındakı uçurumu dərinləşdirir. Ərdoğanın münasibəti qanuna sığmır və oyun qaydaları pozulur. Hazırkı vəziyyət həm də Türkiyənin düşmənlərinin işinə yarayır.  Müxalifət və iqtidar təcili dialoqa başlamalıdır ki, vəziyyətin daha da kəskinləşməsinə imkan yaranmasın" - deyə o bildirib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda mübarizədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib. Ötən həftə YSK Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətini qəbul edib və iyun ayının 23-də yenidən seçkilərin keçirilməsi qərarını verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.