Dünya

Baş redaktor qətlə yetirilib? - Övladları onun zəhərləndiyini iddia edirlər

12 May 2019 14:56
0 Şərh     Baxış: 1 249

"Danışır Moskva" radistansiyasının baş redaktoru Sergey Dorenko bu gün dəfn edilməyəcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunun səbəbi polisin Dorenkonun nəşinin onun həyat yoldaşına verilməsinə qoyduğu qadağadır. DİN-in Moskvanın Mərkəzi İnzibatı Dairəsi üzrə İstintaq  İdarəsinin rəsmisi Baxtin tərəfindən imzalanmış əmrdə cəsədin bir daha tibbi ekspertizadan keçiriləcəyi bildirilir.

Polis bu qərarı Dorenkonun birinci nikahdan olan qızları - Kseniya və Yekaterinanın şikayəti əsasında qəbul edib. Qızları Dorenkonun zəhərləndiyini iddia edirlər.

Sergey Dorenko mayın 9-da 59 yaşında vəfat edib. Mayın 10-da isə onun qohumları arasında münaqişə yaranıb. Uşaqları onun dəfnini, arvadı isə yandırılmasını tələb edib. Uşaqlar yandırılmaının qətlin izini itirmək üçün lazım olduğunu bildirirlər.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.