Dünya

İranlı parlamentari: ABŞ bunu edə bilməz...

12 May 2019 14:42
0 Şərh     Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatları İranın neft-kimya məhsullarının satışını məhdudlaşdıra bilməz.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin enerji komissiyasının üzvü Əbdülhəmid Xedri deyib.

Ə.Xedrinin sözlərinə görə, İranın neft-kimya məhsullarının dünyada çoxlu müştəriləri var.

Komissiya üzvü əlavə edib ki, İranın neft-kimya məhsullarını satın alan ölkələrə ABŞ-ın maliyyə təzyiqləri maneə ola bilməz. Çünki onların bu məhsullara ehtiyacı var və bir sıra məhsullar İrana məxsusdur:

"ABŞ-ın təhdidini o qədər də effektiv və əhəmiyyətli hesab etmək olmaz. Əksinə, bu təhdidi də fürsətə çevirmək olar".

Qeyd edək ki, ABŞ 2018-ci il may ayında Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını bəyan və 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.