Dünya

İran polisi 2 ton 605 kiloqram narkotik vasitə müsadirə etdi

12 May 2019 13:59
1 Şərh     Baxış: 694

İranın Sistan-Bəlucistan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində 2 ton 605 kiloqram narkotik vasitə müsadirə edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə vilayətin polis idarəsinin rəisi general Məhəmməd Qənbəri məlumat verib.

Rəis bildirib ki, daxil olan operativ məlumat əsasında Pakistandan İrana daxil olan 4 ədəd "Toyota" markalı yük avtomobili izlənilib. Sarvan-Zahidan yolu ilə hərəkət edən avtomobillər polis tərəfindən saxlanılıb. Avtomobillərin sürücüləri və yükü müşayiət edən adamlar qaçmağa cəhd ediblər. Lakin polisin sayıqlığı nəticəsində onlar həbs edilib. Hazırda istintaq aparılır.

General nəzərə çatdırıb ki, son illər narkotik vasitələrinin Əfqanıstan və Pakistandan qaçaqmalçılıq yolu ilə İrana buradan isə Avropaya daşınması halları artıb. İran polisi və sərhəd qoşunlarının əsgərləri dəfələrə qaçaqmalçılarla silahlı toqquşmada iştirak etmək məcburiyyətində qalıblar. Bu günə kimi dörd minə yaxın polis və sərhədçi şəhid olub. Avropa dövlətləri narkotik vasitələrin qaçaqmalçılığının qarşısını almaq üçün İrana maddi və texniki yardım edəcəklərini söz versələr də buna əməl etmirlər.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    . · 12 May 17:5100

    Qoy dasinlar avropaya belke kokleri kesildi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.